Xəbərlər

Ukrayna yeni RLS-nin dövlət sınaqlarını keçirib

Ukraynanın “Ukroboronprom” Dövlət Konserninin tərkibinə daxil olan “İskra” Elmi İstehsalat Müəssisəsi tərəfindən yaradılan 80K6KS1 radiolokasiya stansiyasının dövlət sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Ukrayna Müdafiə Nazirliyi tərəfindən təsdiq olunan və üç aya yaxın davam edən sınaqlardan 80K6KS1 radiolokasiya stansiyası uğurla keçib.

80K6KS1-in əsas funksiyası hava obyektlərini aşkarlamaq, izləmək, koordinatlarını müəyyənləşdirmək və sürətlərini ölçməkdir.

Radar stansiyası həm Ukrayna Silahlı Qüvvələrinin, həm də xarici istehsal olan mövcud zenit-raket sistemləri ilə uyğundur. Mobil 80K6KS1 RLS-i hava hücumundan müdafiə qoşunlarının radiotexnika və zenit-raket bölmələri tərkibində istifadə üçün nəzərdə tutulub.

Poliqon.az

Back to top button