Ukrayna zirehli texnika parkını gücləndirir

Ukrayna zirehli texnika parkını gücləndirir

Xarkov Maşınqayırma və Konstruktor Bürosu BTR-4E zirehli transportyorlarının növbəti partiyasını Ukrayna Müdafiə Nazirliyinə təhvil verib.

Bu barədə “AzeriDefence” “Ukroboronprom” Dövlət Konserninin saytına istinadən məlumat verib.

Tədarük edilən 5 ədəd BTR-4E zirehli maşını “Mayak” Kiyev dövlət müəssisəsinin istehsal olan KT762 pulemyotları ilə təchiz edilib.

Bununla dövlət müqaviləsinin 60% -dən artıq hissəsi yerinə yetirilib. 2019-cu ilin dövlət müdafiə sifarişində nəzərdə tutulan 45 ədəd BTR-4E zirehli maşının 28 ədədi istehsal edilərək sifarişçiyə çatdırılıb.

8×8 təkər formuluna malik zirehli maşınlar ailəsinin yeni nümunəsi hesab edilən BTR-4E-ə quraşdırılan asma zireh dəsti heyətin müdafiəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verir. Zireh əməliyyat tələblərinə uyğun olaraq, çöl şəraitində heç bir əlavə texnologiya tələb olunmadan, heyət tərəfindən qurula və ya sökülə bilər.

Amfibik xüsusiyyətlərə və modulyar konstruksiyaya malik BTR-4E ümumi BTR-4 şassisi üzərində hazırlanıb. BTR-4 ailəsinə zirehli avtomobillər, piyada döyüş maşını, komandir, komanda-qərargah, tibbi və təmir-təxliyə maşınları daxildir. Müxtəlif döyüş modullarının, xüsusi avadanlığın tətbiqi nəticəsində maşın müxtəlif döyüş tapşırıqlarının və köməkçi məsələlərin icra edilməsinə uyğunlaşdırılmış ola bilər.

BTR03 570x428 1

CATEGORIES
TAGS