Ukraynada 150-dən çox tabur yaradılacaq

Ukraynada 150-dən çox tabur yaradılacaq

Ukraynada ərazi müdafiə sisteminin açılması çərçivəsində 150-dən çox tabur yaradılacaq.

Bu barədə “Poliqon” Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Məlumatda bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qoşunlarının tərkibində 25 briqadanın (bir bölgə – bir briqada) yaradılması həyata keçirilir ki, bu briqadalar da özündə 150-dən çox taburu (bir rayon – bir tabur) birləşdirəcək.

Belə ki, sülh dövründə Ərazi Müdafiə Qoşunlarının daimi sayı 10 000 nəfər hərbçi olacaq. Xüsusi dövrün heyətinə görə, Ərazi Müdafiə Qoşunlarının bölmələrinin şəxsi heyətinin sayı 130.000 nəfərdən çox olacaq və bunun üçün müvafiq ehtiyat yaradılacaq.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS