Ukraynada BRDM-2 zirehli texnikaları yeni döyüş modulları ilə təkmilləşdirilib

Ukraynada BRDM-2 zirehli texnikaları yeni döyüş modulları ilə təkmilləşdirilib

Ukraynanın “Luç” Kiyev Dövlət Konstruktor Bürosu BRDM-2 zirehli texnikalarını yeni “Amulet” və “Skif” tank əleyhinə raket kompleksli döyüş modulları ilə təkmilləşdirilməsini başa çatdırıb.

“Poliqon” “Luç” Kiyev Dövlət Konstruktor Bürosunun mətbuat xidmətinə istinadən xəbər verir ki,  . Ukrayna Silahlı Qüvvələrinin döyüş heyətləri tərəfindən həyata keçirilən maşınların qəbul sınaqları uğurlu olub.

Xatırladaq ki, “Amulet” raket kompleksi 130 və ya 152 mm-lik raketlər üçün iki buraxma qurğusu olan uzaqdan idarə olunan döyüş moduludur. Bu modul ilk dəfə “Ukrayna Zirehli Maşınları” MMC tərəfindən “Silahlar və Təhlükəsizlik-2019” sərgisində nümayiş etdirilib.

“Skif” raket kompleksi müxtəlif mobil platformalarda quraşdırıla bilir. Lazım olduqda qurğu asanlıqla çıxarıla və üçayaq-dəzgahdan istifadə edilə bilər.

130 mm-lik RK-2C raketlərinin köməyi ilə 5 km-ə qədər məsafədə əsas homogen zirehinin qalınlığı 800 mm-ə qədər olan zirehli hədəflər məhv edilir. 152 mm-lik RK-2M-2 raketi ilə isə 1000 mm-lik zirehi dəlmək mümkündür.

1 5

“Amulet” raket kompleksi ilə silahlandırılmış BRDM-2 texnikası

2 6

“Amulet” raket kompleksi

3 5

“Skif” raket kompleksi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS