Ukraynada “Neptun” raketinin döyüş başlığı vakuum tökmə üsulu ilə doldurulacaq

Ukraynada “Neptun” raketinin döyüş başlığı vakuum tökmə üsulu ilə doldurulacaq

Ukraynanın “Ukroboronprom” Dövlət Konserninin (DK) bir hissəsi olan “Spetsoboronmaş” Dövlət müəssisəsində “Neptun” sahil raket kompleksinin R-360 raketinin B-360 döyüş başlığı vakuum tökmə üsulu ilə doldurulacaq.

“Poliqon” “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətinə istinadən xəbər verir ki, texnologiya elan edilən xassələrə və konstruktor sənədlərinə uyğun olaraq məmulatın partlayıcı maddələrlə ən sıx doldurulmasını təmin edir.

Vakuum doldurulması sayəsində döyüş sursatının məhvetmə təsiri əhəmiyyətli dərəcədə artır. Bu üsul müxtəlif növ döyüş sursatlarının doldurulması üçün uyğundur, müəssisəyə “Vilxa” və “Neptun” raketlərinin, aviasiya bombalarının və s. doldurulmasına, həmçinin “Ukroboronprom” DK-nin sursat sənayesi müəssisələrinin sənaye kooperasiyası çərçivəsində döyüş sursatlarının və onların elementlərinin istehsalının qapalı dövrünü yaratmağa texniki imkan verir.

Ukraynada döyüş sursatı istehsalının müvəffəqiyyətlə qurulmasının əsas şərtlərindən biri, ayrı-ayrı komponentlərin və döyüş başlıqlarının yüksək keyfiyyətli partlayıcı maddələrlə təchiz edilməsidir. Dövlətin və “Ukroboronprom” DK-nin dəstəyi ilə “Spetsoboronmaş” Dövlət müəssisəsinə vakuum doldurma üsulunu tətbiq etmək üçün yeni avadanlıqlar alınıb.ukray2

Xatırladaq ki, “Spetsoboronmaş” Dövlət müəssisəsi artıq 155 mm-lik artilleriya mərmilərini doldurmaq üçün bu texnologiyanı uğurla tətbiq edib (həmçinin bax: Ukrayna mərminin vakuum doldurulması texnologiyasına yiyələnib).

Qeyd edək ki, vakuum doldurma əvvəllər “Ukroboronprom” DK-nin yalnız bir müəssisəsində – hazırda Ukraynanın nəzarətində olmayan Donetsk şəhərində yerləşən “Donetsk Dövlət Kimya Zavodu”nda istifadə olunub.

Beləliklə, “Ukroboronprom” DK-nin başqa bir müəssisəsi tərəfindən texnologiya mənimsənilib və artilleriya sursatlarının seriyalı istehsalı üçün tətbiq edilməsi imkanı yaranıb. Artıq 155 mm-lik artilleriya mərmilərinin ilk partiyası doldurulub və sınaqlara göndərilib. Hazırda Ukraynada 155 mm-lik artilleriya sursatlarının istehsalı ilə “Artyom” Dövlət Səhmdar Holdinq Şirkəti və “Rubin-2017” özəl şirkəti məşğuldur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS