
Ukraynada “Ukroboronprom”un islahatı haqqında qanun qəbul edilib
Ukrayna Ali Radası hərbi sənaye kompleksində həyata keçiriləcək islahatların lehinə səs verərək “Ukroboronprom” Dövlət Konserninin (DK) yenidən təşkil edilməsi barədə qanunu qəbul edib.
Bu barədə “Poliqon” “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətinə istinadən məlumat verir.
Ukrayna Ali Radasında “Dövlət mülkiyyət formasının müdafiə-sənaye kompleksi müəssisələrinin islahatının xüsusiyyətləri haqqında” 3822 saylı qanun layihəsi ikinci oxunuşda və ümumilikdə səsə qoyulub. 450 deputatdan 256-sı, dövlətə məxsus müdafiə şirkətlərinin dövlətə təhtəl-hesab, investorlara açıq və tərəfdaşlar üçün proqnozlaşdırılan müasir müdafiə sənayesi şirkətlərinə çevrilməsinə səs verib.
Sənəd “Ukroboronprom” DK tərkibinə daxil olan dövlət müdafiə müəssisələrinin sahibkarlıq subyektlərinə çevrilməsini təmin edir. Nazirlər Kabinetinin təmsil etdiyi dövlət, dövlət müdafiə sənayesinin islahatı keçirilən müəssisələrinin yeganə sahibi (payçısı) olacaq.
Yeni yaradılan iqtisadi cəmiyyətlər sektor prinsipinə görə zirehli texnika, radar sistemləri, yüksək dəqiqlikli silahlar və döyüş sursatları, dəniz sistemləri, aviasiya təmiri və xüsusi ixracatçılar kimi tədqiqat və istehsalat birliklərində qruplaşdırılacaq.
DK da eyni zamanda payı 100% dövlətə məxsus olacaq səhmdar cəmiyyətə çevriləcək. Səhmdar Cəmiyyət korporativ mərkəz kimi fəaliyyət göstərəcək.
Məlumatda bildirilir ki, “Şaquli inteqrasiya olunmuş idarəetmə modeli Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək, iyulun 21-i Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərdə yerləşən “Ukroboronprom”un ayrı-ayrı 118 müəssisəsini yenidən quracaq. Sonda “Ukroboronprom”un islahatı, iştirakçı müəssisələrin bütün maliyyə, sosial və istehsal-texnoloji səviyyələrdə sağlamlaşdırılmasına imkan verəcək”.
İslahatlar nəticəsində yeni yaradılmış şirkətlər, ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün müasir silah və hərbi texnika modelləri istehsal etməkdən ötrü birbaşa (əsasən xarici) investisiyalar cəlb etmək imkanı əldə edəcəklər.
Artıq və qeyri-profil əmlakın satışından əldə olunan bütün vəsaitlər istehsalın inkişafı və təkmilləşdirilməsi, elmi-texniki layihələrin maliyyələşdirilməsi, innovativ fəaliyyətlər, işçilərin sosial müdafiəsi səviyyəsinin yaxşılaşdırılması və s. məqsədi ilə yalnız islahatı həyata keçiriləcək müəssisələrin ehtiyaclarına yönəldiləcək.
Əhəd Əzizov