
Ukraynada yeni müdafiə naziri təyin olunub
Ukrayna Ali Radası Prezident Vladimir Zelenskinin təqdimatı əsasında Aleksey Reznikovu müdafiə naziri vəzifəsinə təyin edib.
“Poliqon” xəbər verir ki, A. Reznikovun namizədliyini 273 deputat dəstəkləyib.
Reznikov bundan əvvəl Baş nazirin müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Ukraynanın əvvəlki müdafiə naziri Andrey Taran səhhətində yaranmş problemlərlə əlaqədar istefa verib.
CATEGORIES Xəbərlər