Ukraynanın “Gecə yırtıcısı” Ərəbistan yarımadasında

Ukraynanın “Gecə yırtıcısı” Ərəbistan yarımadasında

Artıq Ukraynanın yeni və yerli istehsal olan 14,5 mm-lik PQ-14,5 “Niçnıy xijak” (“Gecə yırtıcısı”) antimaterial piyada topları Ərəbistan yarımadası bazarına girir.

Bu barədə “Defense Express” portalına eksklüziv müsahibəsi zamanı “Mayak-Perspektiva” bölməsinin direktoru-baş konstruktoru Aleksandr Qordeyev bildirib.

Hazırda “Mayak zavodu” ASC tərəfindən istehsal olunan və yerli iqlimə uyğunlaşdırılmış PQ-14.5 piyada topunun “Arabia. Dezert Snake” versiyasının ilk sınaqları artıq həyata keçirilib.

Bu yaxınlarda, “Mayak Zavodu” ASC-nin Ukrayna Silahlı Qüvvələri üçün 14.5-30 mm çaplı yeni piyada silahları hazırlayan “Mayak-Perspektiva” bölməsinin mütəxəssisləri Ərəbistan yarımadasından işgüzar səfərdən qayıdıblar.

Heyətin adı açıqlanmayan Yaxın Şərq ölkələrindən birində qalmasının məqsədi, yerli geotaktik profilə uyğunlaşdırılmış 14,5 mm çaplı PQ-14.5 piyada topunun istifadəyə verilməsidir.

A. Qordeyev sözlərinə görə, yeni 14,5 mm-lik PQ-14,5 piyada toplarının “Arabia. Dezert Snake” versiyası Ərəbistan yarımadasının geotaktik profili nəzərə alınmaqla hazırlanıb. Yerli müştərilərə praktiki kurs çərçivəsində PQ-14.5 piyada topunun fəaliyyətləri göstərilib.

Zavod komandasının əsas vəzifəsi silahın artıq sınaqdan keçirilmiş Avropa versiyasının tamamilə fərqli bir iqlimə uyğunlaşdırıldığını sübut etmək olub. Xüsusilə, nümunələrin ballistik soyuducusunun konstruksiyasına müvafiq dəyişikliklər edilib.

A.Qordeyevin sözlərinə görə, “Arabia. Dezert Snake” versiyasında hazırlanmış PQ-14.5 piyada topu, təqdim olunan istənilən yerli silahların hər birindən üstün olmaq qabiliyyətinə malikdir. Hədəfi əsasən 1,5 km-ə qədər məsafədə “görən” müasir yüngül ordu termal görüntü cihazlarının görmə hüdudlarından kənarda, 2000 metr ilə 3000 metr arasında mobil zirehli hədəfi inamla vura bilir. Hazırda Ərəbistan yarımadasının bir sıra ordularının Ukrayna istehsalı yeni PQ-14.5 piyada topundan istifadə etmə üsulu və təlimlərinin keçirilməsi variantları üzərində iş aparılır. Yaxın gələcəkdə yerli operatorların əlavə təlimləri keçiriləcək”.

Mümkün tədarüklər və ölkələrin adları ilə bağlı məlumatlar hələ açıqlanmasa da, “Mayak zavodu” yeni silahlarına böyük maliyyə imkanlarına malik Ərəbistan yarımadasında tələbat olacağına əmindir.

“Hal -hazırda bir şeyi dəqiq deyə bilərik – silahlarımız Ərəbistan yarımadasındadır və gələcəkdə daha çox olacaq.” – deyə A.Qordeyev bildirib.

SON

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS