QuruXəbərlər

Ukraynanın minatəmizləmə potensialı əhəmiyyətli dərəcədə artıb

Ukraynanın minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumlarının arsenalında hazırda 316 ədəd mexaniki minatəmizləmə maşını mövcuddur.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mövcud park əsasən xarici istehsal olan GCS, DOK-ING və “Bozena” sistemlərindən, eləcə də Ukraynada milli standartlara uyğun sertifikatlaşdırılmış yerli istehsal olan GERMINA, “Hart 5100”, “Zmiy” və digər xüsusi təyinatlı maşınlardan ibarətdir.

Bundan əlavə, mina və partlayıcı təhlükəli sursatlardan təmizləmə işlərinə müxtəlif köməkçi robotlaşdırılmış komplekslər, müasir aşkarlama vasitələri və metal detektorlar da cəlb olunur.

Mexaniki minatəmizləmə maşınlarının istifadəsi insan həyatı üçün riskləri əhəmiyyətli dərəcədə azaldır və minatəmizləmə sahəsində çalışan personalın işini xeyli asanlaşdırır.

Qeyd olunub ki, müasir minatəmizləmə maşınları daşıyıcı platformalar, avtomatlaşdırma elementləri və geniş fəaliyyət radiusuna malik uzaqdan idarəetmə sistemlərini özündə birləşdirən inteqrasiya olunmuş komplekslərdir.

Bu komplekslərə həmçinin torpağın analizini həyata keçirən sensor sistemləri, rəqəmsal telemetriya vasitələri və mexaniki emal avadanlıqları daxildir.

Back to top button