Ukraynanın Müstəqillik Günü münasibəti ilə hərbi parad keçirilir

Ukraynanın Müstəqillik Günü münasibəti ilə hərbi parad keçirilir

Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində Kiyev və Odessa şəhərlərində, həmçinin Dnepr çayında Ukrayna və tərəfdaş ölkələrin hərbçilərinin və texnikasının iştirakı ilə təntənəli tədbirlərin keçirilir.

“Poliqon” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Mərkəzi Təhlükəsizlik İdarəsinin nümayəndəsi Ruslan Segiyenko bildirib ki, tədbirlərə 5 mindən çox şəxsi heyət, 100 təyyarə, 400 silah və texnika cəlb ediləcək.

Müstəqillik Günündə “Vilxa” və “Neptun” reaktiv sistemləri, “Qrom” raket sistemi, Ukrayna və xarici müdafiə komplekslərinin digər yeni və təkmilləşdirilmiş modelləri də daxil olmaqla ən son inkişafların nümayiş etdirilməsi planlaşdırırlır. Paradda həmçinin Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən 2021-ci ilin iyul ayında alınmış “Bayraktar” TB2 pilotsuz uçuş aparatları ilk dəfə nümayiş etdiriləcək.

Xatırladaq ki, Ukraynanın Müstəqillik Günü, Ukrayna dövlətinin yeni statusunu təsdiq edən siyasi-hüquqi sənəd olan, 1991-ci ildə Ukrayna SSR Ali Radası tərəfindən “Ukraynanın Müstəqillik Aktı”nın qəbul edilməsi şərəfinə hər il 24 avqustda qeyd olunur.

240591319 380926510199300 2313104392142836504 n

239337695 380917116866906 5254276519606034982 n

ukrayna parad

ukrayna

ukrayna2

ukrayna3

ukrayna4

ukrayna5

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS