Quru

Ukraynanın T-64 tankları Çexiyada təmir ediləcək

“Ukroboronprom” Dövlət Konserninin müəssisələri Çexiya Müdafiə Nazirliyinə bağlı VOP CZ şirkəti ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinə məxsus T-64 tanklarını təmir edəcək.

“Poliqon” “Ukroboronprom”a istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, T-64 tanklarının təmirinə dair işlər Çexiyadakı müəssisələrdən birində, “Ukroboronprom” mütəxəssislərinin birbaşa iştirakı ilə aparılacaq.

Qeyd olunub ki, əsaslı təmir edilən tanklar daha sonra yenidən döyüş meydanına göndəriləcək.

Poliqon.az

Back to top button