
Ukraynaya hərbi yardım edən ölkələrin siyahısı açıqlanıb
Ukraynaya silah və sursatların tədarükündə konkret hansı ölkələrin iştirak etdiyi barədə məlumatları üzə çıxaran infoqrafika yayımlanıb.
Bu barədə “Poliqon” Qərb mediasına istinadən məlumat verib.
Qərb ölkələri, o cümlədən NATO ölkələri, Polşanın Rzeşov şəhərindən Ukraynaya hərbi texnika və silahların sonrakı daşınması üçün tranzit məntəqə və ya mərkəz kimi istifadə edir. Müxtəlif ölkələrin nəqliyyat təyyarələri demək olar ki, hər gün ora uçur. Təyyarələrdə pilotsuz uçuş aparatları, tank əleyhinə komplekslər, daşınan zenit-raket kompleksləri, atıcı silahlar, onlarla ton döyüş sursatı, minaatanlar və s. var. Bəzi ölkələr müstəsna olaraq qeyri-ölümcül yüklərin, o cümlədən dəbilqələrin, zirehlərin, ordu kamuflyajının tədarükünü həyata keçirir.
Təqdim olunan infoqrafikaya baxdıqda, o zaman təchizat çeşidi üzrə liderlər arasında Amerika Birləşmiş Ştatları, Estoniya və Türkiyə kimi NATO ölkələri var. NATO strukturuna daxil olmayan ölkələr arasında Ukrayna Silahlı Qüvvələri üçün təchizatların nomenklatura maddələrinin sayına görə Finlandiya liderdir.
Siyahıya Britaniya, İrlandiya, Polşa, Sloveniya, İspaniya, İsveç və s. kimi ölkələr də daxildir. Fransa və Almaniya silahdan başqa, Ukrayna silahlı birləşmələrini yanacaqla təmin edir.

Ukraynaya silah və sursat tədarük edən ölkələrə dair məlumatları açıqlayan infoqrafika
Əhəd Əzizov