“Ukroboronprom” Ukrayna Ordusunun 3000-dən çox zirehli texnikasını təmir-bərpa edib

“Ukroboronprom” Ukrayna Ordusunun 3000-dən çox zirehli texnikasını təmir-bərpa edib

Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri, Ukraynanın “Ukroboronprom” Dövlət Konserni döyüş bölgəsindəki 3000-dən çox texnikanı təmir-bərpa edib.

“Poliqon” xəbər verir ki, bu barədə “Ukroboronprom” Dövlət Konserni məlumat yayıb.

Bildirilib ki, həmin texnikaların təmiri ilə bağlı işlər “Ukroboronprom” müəssisələrinin səhra təmiri briqadaları tərəfindən həyata keçirilib.

Konsernin hesablamalarına görə, ötən il onlar tərəfindən zirehli texnikaların 90-95 faizi bərpa edilərək cəbhəyə qaytarılıb.

Qeyd edilib ki, təmir-bərpa olunan texnikalardan 1507 ədədi ağır və 1582 ədədi yüngül zirehli platformadır. Onlar arasında isə bəzi texnikalar hətta 5-6 dəfə təmir olunub və yenidən döyüş meydanına qaytarılıb.

Poliqon.az

CATEGORIES
TAGS