
“Uran-9” döyüş robotları Rusiya Ordusunun arsenalına qəbul ediləcək
Rusiya Silahlı Qüvvələri 2022-ci ildə yerli istehsal olan “Uran-9” döyüş robot sistemlərini silahlanmaya qəbul edəcək.
“Poliqon” xəbər verir ki, bunu Rusiya Quru Qoşunlarının komandanı Oleq Salyukov deyib.
Onun sözlərinə görə, artıq Silahlı Qüvvələrin müxtəlif bölmələrində “Uran-9” döyüş robotları test edilib. Sınaqlar zamanı, döyüş robotları bütün hədəfləri vuraraq sınaqlarını uğurla tamamlayıb.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər