
“USH Group” və “Beretta” WDS-2026 sərgisində strateji tərəfdaşlıq sazişi imzalayıb – VİDEO
“World Defense Show 2026” (WDS-2026) müdafiə sənayesi sərgisində Azərbaycanın “USH Group” şirkəti ilə İtaliyanın “Beretta” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
“Poliqon”un sərgiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, memoranduma “USH Group” şirkətinin təsisçisi və baş direktoru İlham Hüseynov və “Beretta”nın baş direktorunun müdafiə sənayesi üzrə vitse-prezidenti Antonio Biondo imza atıb.
Memoranduma əsasən, “Beretta” “USH Group”un istehsal etdiyi optik və elektro-optik məhsulların satınalınmasını həyata keçirəcək.
Eyni zamanda, “Beretta” beynəlxalq bazarlarda “USH Group”un məhsullarını təqdim edəcək.
TAGS Video




