
Venesuelada “Kalaşnikov” avtomatları üçün 7.62 mm-lik patronlar istehsal olunacaq
Rusiyanın “Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) Venesuelada “Kalaşnikov” avtomatları üçün 7.62 mm-lik patronlar istehsal edəcək zavodun birinci mərhələsinin tikintisini tamamlayıb.
“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, müəssisə ildə 70 milyon patron istehsal etmək gücünə malik olacaq və ölkənin müdafiə potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Qeyd edilib ki, hər istehsal xəttində bir iş növbəsində on minlərlə patron buraxıla bilər. Aparılan sınaq proqramı məhsulların keyfiyyətini və onların texniki göstəricilərə uyğunluğunu təsdiqləyib.