“Vestel” “Karayel” PUA-nın silahlı testlərinə başladı – VIDEO

“Vestel Savunma” şirkətinin istehsalı olan “Karayel” pilotsuz uçuş aparatından (PUA) idarə olunan raketlərlə ilk atış testi keçirilib.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Konyada keçirilən testlərdə “Karayel” hədəfə raket buraxlışını 5 km yüksəklikdən həyata keçirib.

“Karayel” qanadları altına yerləşdirilən ROKETSAN-ın istehsal etdiyi “MAM-L” raketləri ilə hədəfi dəqiqliklə vurub.

PUA-nın atış testlərində Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı ordu generalı Abidin Ünal da iştirak edib.

Qeyd edək ki, “Vestel Savunma” şirkəti “Karayel” PUA-nın silahlandırılmış versiyasının hazırlanmasına 2015-ci ilin sonlarında başlayıb. Üç ay sonra isə PUA atış testlərinə hazır vəziyyətinə gətirilib. ROKETSAN-ın MAM-L raketləri ilə PUA ilk uçuşunu 2016-cı il aprelin 15-də edib. “Karayel”in sürəti 150 km/saat, havada qalma müddəti isə 20 saat təşkil edir.

https://www.youtube.com/watch?v=5NBS04ckgps&feature=youtu.be

 

CATEGORIES
TAGS