Vətən müharibəsi şəhidi Mənsur Əhmədovun anım mərasimi keçirilib

Vətən müharibəsi şəhidi Mənsur Əhmədovun anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədi ilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Vətən müharibəsi şəhidi Mənsur Əhmədovun xatirəsinə həsr olunan anım mərasimində şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sonra şəhid M.Əhmədovun qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Poliqon.az

CATEGORIES
TAGS