Xəbərlər

Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidləri kapitan Əsəd Həsənovun və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fərid İlyasovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə hər iki şəhidin qısa, lakin hər bir gəncə örnək olacaq həyat və döyüş yollarından bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan qələbədə göstərilən qəhrəmanlıqlardan, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərin intiqamının döyüş meydanlarında alındığından danışıblar.

Poliqon.az

Back to top button