Xəbərlər

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədi ilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Vətən müharibəsi şəhidləri Ülvi Rəfiyev və Saday Məmmədəliyevin xatirəsinə həsr olunan anım mərasimində onların ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söhbət açılıb.

Poliqon.az

Back to top button