Vilayət Vəliyev: “TEKNOFEST” gənclərimizin innovasiyalara marağını artıracaq

Vilayət Vəliyev: “TEKNOFEST” gənclərimizin innovasiyalara marağını artıracaq

“TEKNOFEST”in ortaya qoyacağı məqamlardan biri gənclərimizin müdafiə sənayesinə, aerokosmik sistemlərə, ümumiyyətlə innovasiyalara marağını artıracaq.

Bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “POLİQON” jurnalına müsahibəsində deyib.

“Burada söhbət hansısa pilotsuz uçuş aparalarından getmir, texnologiyaların bütün sektorlarında inkişafdan gedir. Sənaye istiqamətində gənclərdə təfəkkür formalaşacaq, kütləvililik təmin olunacaq. “TEKNOFEST Azərbaycan” festivalına təqdim etdiyimiz layihələrin uğurlu olub-olmayacağını deyə bilmərəm. Burada gəncliyin həvəsi var, müəllimlərimizin bu gəncliyə dəstəyi var”, –  deyə AzTU-nun rektoru Vilayət Vəliyev vurğulayıb.

Rektor bildirib ki, “TEKNOFEST” həm də Türkiyə və Azərbaycandakı elm və təhsil məkəzləri arasında körpülər yaradacaq. Biznes imkanlarını müəyyən mənada təkmilləşdirəcək.

Poliqon.az

CATEGORIES
TAGS