
Vüqar Mustafayev Haluk Görgün və Musa Heybet ilə görüşüb
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 17-də Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və qardaş ölkənin milli müdafiə nazirinin müavini Musa Heybet ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Görüşlərdə iki ölkə arasında hərbi-texniki sahədə uğurlu əməkdaşlıq münasibətlərinin olduğu, bu əlaqələrin yüksələn xətlə davam etdiyi vurğulanıb.
Tərəflər müdafiə sənayesində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, birgə layihələrin perspektivlərini müzakirə edib, maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.