Vüqar Mustafayev “Orion” komandasının üzvləri ilə görüşüb

Vüqar Mustafayev “Orion” komandasının üzvləri ilə görüşüb

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin Adana şəhərində keçirilən TEKNOFEST-2024 texnologiya festivalında uğurla çıxış edərək ikinci yerə layiq görülmüş Müdafiə Sənayesi Nazirliyinin “Orion” komandasının üzvləri ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, nazirə komandanın festivala yüksək səviyyədə hazırlığı, tədbirdə müvəffəqiyyətlə çıxış etməsi və gələcək planları barədə ətraflı məlumat verilib.

V.Mustafayev komandanın üzvlərinə təbriklərini çatdırıb, onları təşəkkürnamələrlə təltif edərək gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

Qeyd olunmalıdır ki, Müdafiə Sənayesi Nazirliyinin “Orion” komandası “Türksat” şirkətinin artıq 9-cu ildir təşkil etdiyi “Model Peyk Lahiyələndirməsi” müsabiqəsində finala yüksələn və dərəcə qazanan ilk Azərbaycan komandasıdır.

CATEGORIES