
Xarkovda azərbaycanlı gənc güllələnib
Xarkovda küçə atışmaları zamanı azərbaycanlı gənc güllələnib.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli məlumat verib.
S. Adgözəlli deyib ki, hazırda atışma olduğu üçün küçədən gəncin meyitini götürmək mümkün olmayıb.
Qeyd olunub ki, ölən şəxs Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur, Azərbaycandan qonaq gəlibmiş.
CATEGORIES Xəbərlər