
“Xaska-10” hava yastıqlı gəminin dinamik sınaqları keçiriləcək
Rusiyanın “Kalaşnikov” konserni və “Rıbinsk Gəmiqayırma Zavodu” tərəfindən birgə hazırlanan “Xaska-10” hava yastıqlı gəminin dinamik sınaqları keçiriləcək.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.
Korporasiyadan bildirilib ki, keçiriləcək dinamik sınaqlar üçün “Rıbinsk Gəmiqayırma Zavodu”nda “Xaska-10”un son hazırlıq işləri görülür.
“Rıbinsk Gəmiqayırma Zavodu”nun baş direktoru Sergey Antonov vurğulayıb ki, şirkət gələckdə “Xaska-10″dan qazanılan təcrübə hesabına daha çox – 90 ton yükgötürmə qabiliyyətinə sahib olacaq hava yastıqlı gəmi hazırlayacaq.
Qeyd edək ki, 10 ton yük götürmək qabiliyyətinə malik olan “Xaska-10” hava yastıqlı gəmi 40 knot sürətlə 400 mil məsafə qət etmək imkanı verir. Onun uzunluğu 20.8 metr, eni 12.5 metr və hündürlüyü 7.4 metrdir. “Xaska-10”nun şəxsi heyəti üç nəfərdir və istifadəçiyə əlavə təminat olmadan üç gün ərzində suda fəaliyyat göstərmək imkanı verir.