Xocalıda 2 nəfər minaya düşüb

Xocalıda 2 nəfər minaya düşüb

İyulun 21-i saat 23 radələrində Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində 2 nəfər minaya düşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyev piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

“Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır”, – deyə Baş Prokurorluqdan bildirilib.

CATEGORIES
TAGS