Xocalıda xeyli sayda silah-sursat aşkar edilib

Xocalıda xeyli sayda silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən Xocalı rayonunun Çanaqçı kəndi ərazisindəki xidməti postun yaxınlığında xeyli sayda silah-sursat aşkar edərək götürülüb.

“Poliqon” xəbər verir ki, Daxili İşlər Nazirliyinin sosial media hesabında yayılan məlumata görə, həmin ərazidən aşkar edilən 1 pulemyot, 3 avtomat, 7 müxtəlif növ qumbara, 1 qumbaraatan mərmisi, 2 avtomat sandığı, 269 ədəd müxtəlif çaplı patronlar aidiyyəti üzrə təhvil verilib.

Poliqon.az

 

CATEGORIES
TAGS