Xəbərlər

Xocavənddə erməni hərbi birləşmələrinin atıb qaçdığı silah-sursat tapılıb

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə “Poliqon”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonu Üçtəpə adlanan ərazidə keçirilən növbəti tədbirlər zamanı tərk edilən hərbi mövqelərdən 5 ədəd pulemyot, 2 ədəd qumbaraatan, 1 ədəd minaatan qurğusu, 1 ədəd tüfəng, 3 ədəd əl qumbarası, 29 ədəd avtomat darağı, 7 ədəd müxtəlif çaplı mərmi, 4500 ədəd güllə və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Back to top button