Xocavənddə 4 polis və 2 mülki şəxsin həlak olması ilə nəticələnən terror aktını törədənlər saxlanılıb

“Poliqon” xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat Xidməti məlumat yayıb.

“Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılmışlar”, – deyə məlumatda qeyd edilib.

CATEGORIES