
Xorvatiya Fransadan döyüş təyyarələri alır
Xorvatiya “Çox Məqsədli Döyüş Təyyarəsi” (MRFA) proqramı çərçivəsində Fransa Hərbi Hava Qüvvələri tərəfindən istismar edilmiş ikinci əl 12 ədəd “Rafale” döyüş təyyarəsi alır.
“Poliqon” Fransanın “Dassault Aviation” şirkətinə istinadən xəbər verir ki, bununla bağlı Fransa Və Xorvatiya hökumətləri arasında ümumi dəyəri 1 milyard avro (1.2 milyard ABŞ dolları) olan müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Dassault Aviation” şirkəti tərəfindən istehsal edilən döyüş təyyarələri Xorvatiya HHQ-ə təhvil verilmədən əvvəl modernizasiya olunacaq.
Həmçinin, müqavilədə Xorvatiya HHQ tərfindən alınacaq “Rafale”lərə texniki dəstək xidmətlərinin göstərilməsidə nəzərdə tutulub.
CATEGORIES Xəbərlər