Yaponiya 100-ə yaxın F-15J döyüş təyyarəsini modernləşdirəcək
“Boeing” və “Mitsubishi Heavy Industries” (MHI) şirkətləri arasında Yaponiya Silahlı Qüvvələrinin aviasiya parkında yer alan F-15J döyüş təyyarələrinin birgə modernləşdirilməsinə dair müqavilə bağlanıb.
Bu barədə Azeri Defence saytı “Boeing” şirkətinə istinadən məlumat verib.
Modernləşdirmə proqramının dəyəri 4.5 milyard ABŞ dolları təşkil edir. Modernizasiya nəticəsində F-15J döyüş təyyarələri müasir radioelektron mübarizə sistemi, müxtəlif silah sistemləri, o cümlədən müasir kabinə ilə təchiz ediləcək.
Müqaviləyə əsasən “Boeing” və MHI şirkətləri F-15J təyyarələrini “Super Interceptor” konfiqurasiyası səviyyəsinə yüksəldəcək.
Müqavilə çərçivəsində 2022-ci ildən başlayaraq Yaponiya Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan 98 ədəd F-15J döyüş təyyarəsinin modernləşdirilməsi planlaşdırılır.