Yavər Camalov Çinin ”Poly Technologies” şirkətinin nümayəndəsini qəbul edib
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Çinin ”Poly Technologies” şirkətinin vitse-prezidentini qəbul edib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 29-da müdafiə sənayesi naziri Yavər Camalov ADEX 2016 – 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə qatılan Çinin ”Poly Technologies” şirkətinin vitse-prezidenti Dai Ninqin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.
Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dai Ninq ADEX-2016 sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb.