Yeni EMAV robotu Mk44 “Bushmaster II” topu ilə təchiz oluna bilər

Yeni EMAV robotu Mk44 “Bushmaster II” topu ilə təchiz oluna bilər

ABŞ-ın “Pratt Miller” (“Pratt & Miller Engineering and Fabrication”) şirkəti yeni “Expeditionary Modular Autonomous Vehicle” (EMAV) robototexnika kompleksini təqdim edib.

“Poliqon” xəbər verir ki, “Pratt Miller” şirkətinin mətbuat xidmətinin məlumatına görə, yenilik Arizonada keçirilən “Bushmaster Conference-2021” konfransında nümayiş etdirilib.

Platforma “EMAV ekspedisiya modul avtonom nəqliyyat vasitəsi” proqramı çərçivəsində hazırlanıb. Maşın QNA tərəfindən hazırlanmış modul nəqliyyat idarəetmə sistemlərindən istifadə edəcək. EMAV robotu konfiqurasiyalardan birində “Stryker” zirehli maşınlarını təkmilləşdirmək üçün təyin edilmiş və “Rafael”/“Oshkos” şirkətlərinin (İsrail/ABŞ) istehsalı qüllə ilə silahlandırılıb.

Sifarişdən asılı olaraq EMAV robot kompleksi 30×173 mm-lik və ya 40×180 mm-lik sursatlar üçün nəzərdə tutulmuş Mk44 “Bushmaster II” topu ilə təchiz oluna bilər. EMAV robot kompleksinə quraşdırıla biləcək başqa bir silah sistemi isə sensorlar və pulemyot və ya qumbaraatanların birləşməsindən ibarət universal Common Remotely Operated Weapon Station qülləsidir.

EMAV robot sisteminin əsas xüsusiyyətləri aşağıdakı kimidir: uzunluğu – 3.84 m; eni – 1,5 m; maksimal hərəkət sürəti – 72 km/saat; yükqaldırma qabiliyyəti – 3,265 kq; idarəetmə – məsafədən, avtonom, yerli; mühərrik növü – hibrid.

Maşın 60° yamaca qalxa və 40°-ə qədər yan əyilmədə hərəkət edə, həmçinin 60 sm-ə qədər pilləkənləri aşa bilir. Hibrid-elektrik transmissiya səssiz işləyir.

Tırtıllı vasitənin kiçik ölçüləri onu M-22 “Osprey” konvertoplanına və ya CH-47 helikopterinə yerləşdirməyə imkan verir. Ehtimal olunur ki, modellərdən biri Böyük Britaniyanın “Soucy Defense” şirkətinin rezin tırtılları ilə təchiz olunub. Bu tırtıllar aşağı səslidir, yüngüldür və təmiri asandır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS