HavaXəbərlər

Yeni “Gripen” qırıcıları Macarıstan Hərbi Hava Qüvvələrinə çatdırılıb

Macarıstan Hərbi Hava Qüvvələri (HHQ) İsveçin “Saab” şirkəti tərəfindən istehsal edilən iki ədəd “Gripen C” qırıcı təyyarəsini qəbul edib.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, yeni təyyarələr Keçkemet Hərbi Hava Bazasında yerləşən 101-ci Aviasiya Qanadının istismarına verilib.

Tədarük prosesi 2024-cü ilin fevralında Macarıstan Müdafiə Nazirliyi ilə İsveçin Müdafiə Avadanlıqları İdarəsindən arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilib. Çatdırılan iki təyyarə ümumilikdə dörd ədəd “Gripen” qırıcısından ibarət yeni partiyanın ilk iki nümunəsidir.

Qeyd edək ki, Macarıstan 2006-cı ildən etibarən “Gripen” qırıcılarından istifadə edir və yeni müqavilə ilə ölkənin “Gripen C/D” parkı 18 ədədə çatdırılacaq.

Back to top button