Yeni hərbi gəmilər Türkiyə HDQ-nin donanmasına daxil edilib

Yeni hərbi gəmilər Türkiyə HDQ-nin donanmasına daxil edilib

“TCG İstanbul”, “TCG Derya”, “TCG Üsteğmen Arif Ekmekçi” gəmiləri və “Marlin” insansız kateri Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) donanmasına daxil edilib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, bu münasibətlə Yalovadakı “Sefine” tərsanəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milli Müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Metin Gürak, Hərbi Dəniz Qüvvələrinin komandanı Ercüment Tatlıoğlu və müdafiə sənayesi başqanı Haluk Görgünün də iştirak etdiyi mərasim keçirilib.

CATEGORIES
TAGS