Yeni HISS-HD termal snayper nişangahı təqdim olunub

Yeni HISS-HD termal snayper nişangahı təqdim olunub

ABŞ-ın “Teledyne FLIR Defense” şirkəti Las-Veqasda keçirilən “SHOT Show” sərgisində yeni HISS-HD termal nişangahını təqdim edib.

“Poliqon” “Teledyne FLIR Defense”yə istinadən xəbər verir ki, yeni uzun mənzilli soyutmalı HISS-HD termal nişangahı snayper tüfəngləri üçün nəzərdə tutulub.

Yüngül çəkili, yüksək performanslı termal snayper nişanı atıcılara 2200 metrdən çox məsafədəki hədəfləri dəqiq şəkildə aşkarlamağa, müəyyənləşdirməyə və vurmağa imkan verir. HISS-HD termal nişangahı asanlıqla MIL-STD-1913 standartlı istənilən rels üzərinə taxıla bilər.

CATEGORIES
TAGS