Yeni nəsil paraşütlər – ARAŞDIRMA

Yeni nəsil paraşütlər – ARAŞDIRMA

ABŞ Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı (US SOCOM) 25 min fut (7620 metr) hündürlükdən tullanmağa imkan verən yeni paraşütün yaradılmasına dair təkliflər sorğusunu elan edib. Yeni paraşüt USSOCOM-un istifadəsinə daxil olmuş “Airborne Systems” şirkətinin RA-1 (Ram Air Tactical Parachute Systems) paraşüt sistemini əvəz etməlidir.

ABŞ Ordusu tələblərinə əsasən, yeni paraşüt sistemi 35 min funta (10,7 km) qədər hündürlükdən tullanmağa imkan verməli, ən azı 159 kiloqrama qədər yükü aparmağa imkan verməlidir.

Qeyd edək ki, paraplanla təchiz edilmiş RA-1 paraşüt sistemi planlaşdırmadan asılı olaraq 204 kiloqramadək yükü 50 kilometrədək apara bilir. Sistem oksigen maskasıyla da təchiz olunub.

US SOCOM Taktiki Hücum Paraşüt Sistemi Proqramın (SOFTAPS) çrçivəsində 10 ildən çoxdur həm də “Airborne Systems” şirkətinin MC-6 idarəolunan paraşütləri istifadə olunur. MC-6 üç alt sistemdən – SF-10A əsas örtük, T-11R ehtiyat örtük və T-11 qoşqudan ibarətdir.

SF-10A örtüyünün günbəzinin diametri 9,8 metr, uzunluğu 6,5 metrdir. Örtüyün sürətlə dönməsini təmin edən unikal idarəetmə sistemi var. Bu örtük və yumuşaq enmə dərəcəsi heyətin hər cür əraziyə təhlükəsiz enməsinə imkan verir.original 1

Paraşütün qübbəsi zəif hava keçirmə qabiliyyətinə malik PIA -C-44378 T4 neylon materialdan hazırlanıb. Paraşütçü 360°-ni 5 saniyəyə dönə bilir. Maksimum yükgötürmə qabiliyyəti 181 kq təşkil edən MC-6 paraşütü minimum 500 ft (152 metr) hündürlükdən tullanmağa imkan verir.

Yeni paraşütlərin yaradılması istiqamətində işlər aparan Rusiyanın “İvanovski” paraşüt zavodu 2016-cı ildə “Dalnolet” paraşüt sisteminin yaradılmasını elan edib. Bu sistemin təchiz edildiyi oksigen balonu və konteynerlə birlikdə çəkisi 50 kq təşkil edir. İstehsalçının məlumatına görə, “Dalnolet” 12 km hündürlüyə qədər hündürlükdən desantlaşmaya imkan verir.

Rusiyanın Hava-Desant Qoşunları tərəfindən 2012-ci ilin yanvar ayında sınaqlar keçirilmiş D-12 “Listik” paraşüt sistemi xüsusi təyinatlı qüvvələrin təlim və döyüş tullanmaları üçün nəzərdə tutulur. D-12 paraşütləri 2025-ci ilədək Hava-Desant Qoşunlarının silahlanmasındakı D-6 və D-10 paraşütlərini əvəz edəcək.

“Listik” özündən əvvəlki paraşütlərdən həm yaxşılaşdırılmış texniki-taktiki imkanlarına, həm də yığılmasına görə fərqlənir. Paraşüt sisteminin tərkibinə bir çantaya yığılan əsas və ehtiyat paraşütlər, həmçinin desantın silah və təchizatının yığıldığı ayırılan yük konteyneri daxildir. “Listik”in yüngül və möhkəm materiallardan hazırlanması desantın daha çox faydalı yük götürməsinə icazə verir.

Rusiyanın “Şelest” eksperimental dizayn bürosu tərəfindən 2018-ci ildə Hava-Desant Qüvvələri üçün D-14 indeksi verilmiş yeni idarə olunan paraşütün yaradılmasına başladığını açıqlayıb. Hava-Desant Qüvvələrinin komandan müavini general-mayor Vladimir Koçetkovun sözlərinə görə, “Ratnik” döyüşçü dəsti üçün nəzərdə tutulan D-14 paraşütü tullanmalarının təhlükəsizliyini yüksəldəcək, asma sistemi daha rahat olacaq və dinamik yüklənmələri bərabər bölüşdürməyə imkan verəcək.

General həmçinin bildirib ki, xüsusi təyinatlı qüvvələr üçün paraşüt sistemləri yaradılır. Yeni paraşütlər 1200 metrdən 8000 metrədək hündürlükdə, 350 km/saata qədər sürətlə hərəkət edən təyyarələrdən tullanmaq üçün nəzərdə tutulur. Bu paraşütlərin uçuş çəkisi 190 kq-a, hündürlükdən asılı olaraq uçuş uzaqlığı 8-30 km təşkil edə bilər. Paraşütün asma sistemində 50 kiloqramlıq yük konteynerinin bərkidilməsi nəzərdə tutulur.

Paraşüt günbəzin minimal sahəsinə malikdir – 87 kvadrat metr. Bu da hiss olunmanı minimallaşdırır və döyüşçülərin təhlükəsizliyini yüksəldir.

Paraşüt İstehsalı Elmi-Tədqiqat İnstitutunun baş konstruktoru Vladimir Kaçalovun sözlərinə görə, Rusiya hərbçiləri tezliklə “gələcəyin əsgəri” təchizatına daxil olan D-14 paraşütünə keçəcəklər.

Kaçalovun sözlərinə görə, D-14 fərqli konstruksiyaya malikdir. Əsas və ehtiyat paraşütlər qolun altında, yük konteyneri isə ön hissədə yerləşir. Konteynerdən suya enmə vaxtı sal kimi istifadə etmək olar. Bu konstruksiyanın sayəsində, desant havada olduğu halda belə döyüşə daxil ola bilər.

Navaid 10 1024x768 2Rusiya Hava-Desant Qüvvələri üçün “Texnodinamika” Konserni tərəfindən 2018-ci ildə hazırlanmış yeni paraşütlərdən biri də “Şturm”dur. Bu paraşütdə çanta mövcud deyil. Paraşütün günbəzi təyyarə salonunda xüsusi kisədə yığılı vəziyyətdə olur. Desanta o sadə asma sisteminin köməyi ilə birləşdirilir. “Şturm” 180 km/saata qədər uçuş sürətində 150 kq-dək yüklə tullanmaq üçün nəzərdə tutulur.

Paraşütün sınaqları Mi-8 tipli helikopterdən 70-100 metr hündürlükdə. 80-120 km/saat sürətlə uçuş zamanı yerinə yetirilib.

“Ştrum” paraşüt sistemi məhdud ərazilərdə döyüş zamanı hücum qruplarının desantlaşdırılması üçün layihələndirilib.

“Texnodinamika” Konserni hazırda yeni paraşüt materiallarının yaradılması üzrə elmi-tədqiqat işləri aparır. Konsernin mütəxəssislərinin sözlərinə görə, müasir paraşüt parçalarına qoyulan tələblərdən biri hava keçirmə qabiliyyətinin az olmasıdır. Hava keçirmə qabiliyyətinin azalması paraşüt günbəzinin ölçüsünün daha da azlaması ilə nəticələnir. Buna paralel olaraq parçanın dözümlülüyü və bununla bərabər çəkisinin azaldılması vacibdir.

“Polet” Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış idarə olunan “Kadet-100D” paraşütünün yükqaldırma qabiliyyəti 160 kq təşkil edir və mövcud D-10 paraşütlərindən 20 kq (D-10-da 140 kq) çoxdur. Bu desanta özü ilə əlavə silahlar götürməyə imkan verir. Müəssisə rəsmilərinin sözlərinə görə, Hava-Desant Qüvvələri gələcəkdə istifadəsindəki D-10 və D-6 seriyalı paraşütləri “Kadet-100D” paraşütləri ilə əvəz etməyi düşünür.

“Texnodinamika” konserni tərəfindən ilk nümunəsi “Armiya-2020” forumunda nümayiş etdirilən “Stayer” paraşütünün Hava-Desant Qüvvələrinə çatdırılmasına isə noyabr ayında başlanıb. “Stayer” 400 metrdən 8 min metrədək hündürlükdə 255-350 km/saat sürətlə uçan aviasiya vasitələrindən tullanmaq üçün nəzərdə tutulur. Sistem ön hissədə yük konteynerinin, silah və avadanlıqların bərkidilməsi imkanına, 180 kq yükqaldırma qabiliyyətinə malikdir. Analoji nümunələrlə müqayisədə kiçik – 17,5 kiloqram çəkiyə sahib paraşüt maksimum hüdürlükdən tullandıqda 50 kilometrə qədər uçmağa imkan verir.

Yardımçı texnologiyalar

Hazırda dünya üzrə 20-dən çox operator tərəfindən istifadə olunan Kanadanın Mist Mobility Integrated Systems Technology Inc. (MMIST) şirkəti tərəfindən hazırlanmış GPS idarəetməli “Sherpa” PAD parofoil sistemi müxtəlif təyyarələrdən və helikopterlərdən yüklərin təhlükəsiz, dəqiq və effektiv şəkildə çatdırılmasına imkan verir. “Sherpa” sistemi xüsusilə dağlıq ərazilərdə daşınan zenit-raket kompleksləri və zenit toplarının atəşinə məruz qalmadan yüklərin çatdırılması üçün istifadə edilir. Bütün “Sherpa” variantları tam avtonomdur və GPS ilə idarə olunur. Qurğuda uçuş zamanı hədəf nöqtəsini yenidən proqramlaşdırma qabiliyyətinə malik uzaqdan idarə etmə imkanı da mövcuddur. Bütün variantlar, güclü küləklərdə belə yuvarlaq paraşütlərlə yumşaq eniş etməyə, bütün uçuş boyu yükə nəzarəti təmin edən, tam idarə olunan hava parafoillərinə malikdir.

MMIST şirkətinin “SkyLink” sistemi GPS-dən və mobil xəritədən istifadə etməklə, mövqe, sürət və hündürlüyü, yol marşrutunun naviqasiyasını təmin edir.

Sistemdə “Envitia” şirkətinin hazıladığı “MapLink Pro Mobile” xəritə-məlumatlandırma sistemi istifadə olunur. “MapLink Pro Mobile” mobil cihazlarda yüksək performanslı coğrafi informasiyaların vizual, səmərəli və sürətli yerləşdirilməsinə imkan verir.

2016-cı ilin sentyabr ayında Fransa Ordusu “SkyLink” və “Sherpa” PAD sistemlərini yeni nəsil Paraşütçü Naviqasiya və Situasiya Şüuru Sistemi və Həssas Yük Hava Təchizatı Sistemi (SMTC-OPS) proqramı üçün seçdiyini açıqlayıb.FC0U9258 1 2 1

“Airborne Systems” şirkətinin “JTrax Navaid” paraşütçü naviqasiya sistemi GPS-dən istifadə etməklə əvvəlcədən koordinatları təyin edilmiş ərazilərə dəqiq enmə üçün nəzərdə tutulur. Hazırda sistem ABŞ və Böyük Britaniya və Yaxın Şərqdə bir neçə ölkənin xüsusi təyinatlıları tərəfindən istifadə olunur.

“JTrax” sistemi sinəyə və ya biləyə bağlanan ekrandan və ehtiyat kompasdan ibarətdir. Atlayışdan sonra ekranda paraşütçünün olduu yer və ərazinin xəritəsi göstərilir. Navaid ən vacib missiyalarda dəqiq naviqasiya təmin edərək təhlükəsizliyi və hərbi tullanmaların effektivliyini artırır.

“Jtrax Navaid” paraşüt naviqasiya sistemində bir əsas hədəf və iki alternativ eniş hədəfini qeyd etmək mümkündür. Naviqasiya cihazının xüsusi düymə ilə aktivləşdirilir. Sistem şirkətin “JTrax® Mission Planner” proqramı ilə tam inteqrasiya olunub. Proqram istifadəçiyə faydalı yükün çəkisi, örtük, təyyarə tipi, sərbəst buraxılma hündürlüyü, sürət və paraşütçünün yeri kimi missiya parametrlərini seçməyə imkan verir. Missiya Planlayıcısı avtomatik olaraq külək məlumatlarını yükləyir və optimal buraxılış nöqtəsi üçün missiyanı planlaşdırır. “JTrax Navaid” qurğusunun çəkisi 750 qramdır. Cihazın 25000 fut hündürlükdə işləmə qabiliyyəti sübuta yetirilib.

Ruslan Səfərov

CATEGORIES
TAGS