Yeni PDM və komplekslər Rusiya Ordusuna təhvil verilib

Yeni PDM və komplekslər Rusiya Ordusuna təhvil verilib

“Yüksək dəqiqlikli komplekslər” holdinqinin “Kurqanmaşzavod” müəssisəsi BMP-3 piyada döyüş maşınlarının (PDM) növbəti partiyasını Rusiya Ordusuna təhvil verib.

“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə istinadən xəbər verir ki, çatdırılan BMP-3 PDM-ləri şəxsi heyətin təhlükəsizliyinin və texnikanın sağ qalma qabiliyyətinin artırılması üçün əlavə mühafizə dəstləri ilə təchiz edilib.

Bundan başqa, “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin VNII “Siqnal” müəssisəsi tərəfindən istehsal edilən “Planşet-A” artilleriya atəşini idarəetmə kompleksləri də Rusiya Ordusuna təhvil verilib.

Zirehli nəqliyyat vasitəsinə quraşdırılan “Planşet-A” sistemi Rusiya Ordusunun istismarında yer alan demək olar ki, bütün artilleriya sistemlərinin və döyüş sursatlarının atəşini idarə edə bilir. Kompleks istənilən artilleriya bölməsinə uyğunlaşdırıla və kəşfiyyat vasitələri ilə qarşılıqlı əlaqədə ola bilir. “Planşet-A” hədəf koordinatının alınmasından onun vurulmasına qədər olan vaxtı minimuma endirərək batareyanın əməliyyat qabiliyyətini artırır.

CATEGORIES