“Yörük 4×4” ZRT Çad təhlükəsizlik qüvvələrinə tədarük edilib

“Yörük 4×4” ZRT Çad təhlükəsizlik qüvvələrinə tədarük edilib

Türkiyənin “Nurol Makina” şirkəti Çad Respublikasının təhlükəsizlik qüvvələrinə “Yörük 4×4” taktiki təkərli zirehli transportyoru (ZTR) ixrac edib.

“Poliqon”un məlumatına görə “Nurol Makina” şirkəti Çada ən azı 3 ədəd “Yörük 4×4” zirehli maşını tədarük edib.

Qeyd edək ki, “Nurol Makina” bundan əvvəl Qətər Silahlı Qüvvələrinə 100 ədəd “Yörük 4×4” və 400 ədəd “Əjdər Yalçın” taktiki zirehli maşınları ixrac edib.

“Yörük 4×4” ZTR 7 nəfərə qədər heyəti daşıma imkanı və yüksək faydalı yük daşıma qabiliyyətinə malikdir. Zirehli maşın boşalmış şinlə hərəkət imkanına (run flat), avtomobilə inteqrasiya edilmiş cərəyan düzənləyicisi, əllə və uzaqdan idarəetməli müxtəlif silah sistemlərini inteqrasiya imkanına, habelə erqonomik dizayna sahibdir.

“Yorük 4×4” sağ və sol əl istifadəyə uyğun mazğallar, hidravlik idarəetməli sükan sistemi, hazır radio infrastrukturu, avtomobilin daxilindən barıt qazlarını xaricetmə sistemi ilə təchiz edilib.

“Yörük 4×4” zirehli maşınları sürətli, asan və ucuz texniki xidmət imkanı verir.

Nəqliyyat vasitələrinin dizaynı ona fərqli silah sistemlərinin – 7,62 mm pulemyot, 12,7 mm pulemyot, 40 mm qumbaraatan, hava hücumundan müdafiə sistemi, tank əleyhinə silah sisteminin inteqrasiyasına imkan verir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS