
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi BMP-3-lərin yeni partiyasını sifarişçiyə çatdırıb
“Rоstex” Dövlət Korporasiyasına daxil olan “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi BMP-3 piyada döyüş maşınlarının (PDM) yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər”ə istinadən xəbər verir ki, mühafizə qabiliyyəti yaxşılaşdırılan BMP-3-lərdə yeni sistemlərin tətbiqi PDM-lərin hərəkətliliyini artırıb və silahların daha effektiv istifadəsinə imkan yaradıb.
Bildirilib ki, holdinq mövcud müqavilələr çərçivəsində hər ay tam həcmdə üçüncü nəsil piyada döyüş maşınlarını qoşunlara çatdırır. Bütün PDM-lər əlavə mühafizə vasitələri ilə təchiz olunub. Bu da onların təhlükəsizliyini və etibarlılığını təmin edir.
Hazırda standart komplektasiyada olan BMP-3, xüsusi hərbi əməliyyata qədər tədarük olunan PDM əhəmiyyətli dərəcədə fərqlənir. Son üç ildə bu texnikanın konstruksiyasına onlarla dəyişikliklər edilib. Bu dəyişikliklər hərbi qulluqçuların istəkləri və döyüş şəraitində zirehli texnikanın istifadəsi təcrübəsi əsasında həyata keçirilib. Dəyişikliklər arasında yalnız bort ekranları, barmaqlıqlar, yuxarı yarımkürənin qorunması üçün dəstlər, görünmənin azaldılması vasitələri deyil, həm də hərəkətliliyi və silah tətbiqinin effektivliyini artırmağa imkan verən xüsusi cihazlar və avadanlıqlar da var.