“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi Rusiya Ordusuna zenit idarəolunan raketlər tədarük edib
“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxil olan “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi Rusiya Müdafiə Nazirliynə “Pantsir-S” zenit raket-top kompleksləri (ZRTK) üçün zenit idarəolunan raketlər tədarük edib.
“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, dövlət müdafiə sifarişi çərçivəsində “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi tərəfindən tədarük edilən zenit idarəolunan raketlər vaxtından əvvəl Rusiya Müdafiə Nazirliynə çatdırılıb.