
Yunanıstan Fransadan gəmi əleyhinə raketlər alır
Yunanıstan Fransanın “MBDA France” şirkətindən 16 ədəd “Exocet” gəmi əleyhinə raket alır.
“Poliqon” xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu özünün “X” hesabında paylaşım edib.
Paylaşımda sözügedən raketlərin tədarükü üçün tərəflər arasında müqavilənin imzalandığı bildirilib.
Qeyd olunub ki, hazırda inşası planlaşdırıldığı kimi davam edən üç ədəd FDI sinifli freqat 2025-2026-cı illər ərzində Yunanıstana təhvil veriləcək.