Yunanıstan Səudiyyə Ərəbistanına “Patriot” ZRK göndərib

Yunanıstan Səudiyyə Ərəbistanına “Patriot” ZRK göndərib

Rəsmi Afina hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) vasitələrini Səudiyyə Ərəbistan ərazisində qeyri-müəyyən müddətə yerləşdirir və qərarın müdafiə xarakterini vurğulayır.

“Poliqon” TRT nəşrinə istinadən xəbər verir ki, müqavilə aprel ayında yenidən imzalanıb və NATO çərçivəsində razılaşdırılmış addımdır.

Yerli mətbuatın yazdığına görə, Yunanıstan krallığın HHM və RƏM sistemini gücləndirmək üçün Səudiyyə Ərəbistana “Patriot” zenit raket komplekslərini (ZRK) göndərib.

ZRK komponent və qovşaqlarının boşaldılması mərasimi Yunanıstanın Milli Müdafiə aziri Nikolaos Panagiotopoulosun iştirakı ilə Səudiyyə Ərəbistanının Tanagra aviabazasında keçirilib. Yunan hərbiçilər krallıqda iki “Patriot” kompleksi və cəmi 120 şəxsi heyət yerləşdirəcək.

Əldə olunmuş razılaşmaya uyğun olaraq, Yunanıstan Müdafiə Nazirliyi, “Havadan və raketdən müdafiə kompleks konsepsiyası” (IAMD Concept) beynəlxalq təşəbbüsü çərçivəsində ZRK-ni qeyri-müəyyən müddətə Səudiyyə Ərəbistanında yerləşdirəcək.

11 sentyabr tarixində ABŞ-ın tam şəkildə “Patriot” ZRK-ni krallıqdan çıxardığı məlum olub. Eyni zamanda ekspertlər qeyd edirlər ki, Səudiyyə Ərəbistanına HHM və RƏM sistemlərinin tədarükü ilə bağlı müqavilə cari ilin aprel ayında, yəni ABŞ sistemlərinin krallıq ərazisindən çıxarılması prosesi başlamazdan əvvəl imzalanıb ki, bu da qərarın ittifaq çərçivəsində qəbul edildiyinə işarə edir.

Yunanıstanın “Patriot” ZRK-ni Səudiyyə Ərəbistanına yerləşdirməsi, Yəmən husilərinin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Ərəbistan neft emalı zavodlarına artan hücumlarına cavabdır. Əvvəllər NATO ölkələri “Patriot” ZRK-lərini rotasiya əsasında yalnız hərbi bloka üzv ölkələrin ərazisində, məsələn, Türkiyədə yerləşdirirdi.

Bu ilin mart ayında Səudiyyə Kral Hərbi Hava Qüvvələri F-15 qırıcılarını Yunanıstanın Krit adasına göndərib və burada Aralıq dənizində “Eye of Falcon 1” təlimində iştirak ediblər. Həmçinin rəsmi Afina, 2020-ci ilin avqustunda Kritdə qırıcıları yerləşdirən BƏƏ ilə tərəfdaşlığını genişləndirmək istəyir.

Patrion1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS