ZAHA amfibiya transportyoru gələn il silahlanmaya veriləcək

ZAHA amfibiya transportyoru gələn il silahlanmaya veriləcək

Türkiyənin FNSS şirkəti tərəfindən istehsal olunan amfibiya tipli ZAHA (Zırhlı Amfibi Hücum Aracı) zirehli transportyorunun tədarükü 2022-ci ildə tamamlanacaq.

“Poliqon” xəbər verir ki, bunu FNSS şirkətinin baş direktoru Nail Kurt “C4 Defence”ə müsahibəsində deyib.

Nail Kurt bildirib ki, “FNSS” şirkəti ABŞ-ın Türkiyədə istehsal olunmasına icazə vermədiyi amfibiya döyüş maşınını sıfırdan dizyanlayaraq istehsal etməyi bacarıb. Baş direktorunun sözlərinə görə, ZAHA zirehli maşınların sınaqları tamamlanmaq üzrədir: “Kalifikasiya müqaviləmizə uyğun olaraq ballistik testlər ilə kritik alt sistem testləri başlayıb və alt sistem testləri tamamlanmaq üzrədir. Prototip nəliyyat vasitəmiz dözümlülük testlərinə hazırdır və tezliklə başlayacaq”.

Nail Kurt deyib ki, Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan ZAHA zirehli maşını ilk növbədə TCG Anadolu (L-408) desant gəmisinin texnika ehtiyaclarını ödəyəcək.

“Seriyalı istehsal fəaliyyətləri çatdırılma cədvəlinə uyğun olaraq davam edir. Nəqliyyat vasitəsinin tədarükü müqaviləyə uyğun olaraq 2022-ci ildə başa çatacaq”, – deyə FNSS şirkətinin baş direktoru vurğulayıb.

Qeyd edək ki, ilkin mərhələdə 27 ədəd amfibiya zirehli maşınının yaradılması planlaşdırılıb.

CATEGORIES
TAGS