ZAHA zirehli amfibiya maşını dəniz sınaqlarını tamamlayıb – VİDEO

ZAHA zirehli amfibiya maşını dəniz sınaqlarını tamamlayıb – VİDEO

Türkiyənin FNSS şirkəti tərəfindən hazırlanan amfibiya tipli ZAHA (Zırhlı Amfibi Hücum Aracı) zirehli transportyorunun dəniz sınaqları tamamlanıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosial media hesabında deyib.

SSB sədri bildirib ki, sınaqlar çərçivəsində ZAHA zirehli amfibiya maşını mürəkkəb hava şəraitində dənizdə aşıb qalması halında, içərisindəki heyətə zərər vermədən və əlavə sistem istifadə etmədən özünü döndərmə qabiliyyətini təsdiqləyib. Bununla ZAHA özünü doğrulama testini müvəffəqiyyətlə tamamlayıb və kalifikasiya sınaqlarına başlayıb.

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan ZAHA zirehli maşını TCG Anadolu (L-408) desant gəmisinin texnika ehtiyaclarını ödəyəcək. İlkin mərhələdə 27 ədəd amfibiya zirehli maşınının yaradılması planlaşdırılıb. Texnikalar silahlı qüvvələrə 2021-ci ilə qədər təhvil veriləcək.

CATEGORIES
TAGS