Zakir Həsənov: Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir

Zakir Həsənov: Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir

Azərbaycan Ordusunun gücləndirilməsi, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə və Azərbaycan-Ermənistan şərti dövlət sərhədində yerləşən bölmələrin yeni silahlar, döyüş texnikası ilə təchiz olunması istiqamətində işlər uğurla davam etdirilir.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun IDEF-2023 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı mesajda deyilib.

Müdafiə naziri bildirib ki, sosial-məişət bazasının möhkəmləndirilməsi, digər təminat sahələrindəki yeniliklər, hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi müasir silahlardan səmərəli istifadə imkanlarını da genişləndirir.

“Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”, – deyə Zakir Həsənov qeyd edib.

Poliqon.az

CATEGORIES