Zakir Həsənov EDEX-2023 beynəlxalq müdafiə sərgisinin açılışında iştirak edib

Zakir Həsənov EDEX-2023 beynəlxalq müdafiə sərgisinin açılışında iştirak edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir müdafiə nazirinin dəvəti ilə EDEX-2023 sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, general-polkovnik Z.Həsənov dekabrın 4-də “EDEX 2023” beynəlxalq müdafiə sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Mərasimdə çıxış edən Misir Prezidenti Əbdülfəttah Əs-Sisi qonaqları salamladıqdan sonra sərgini açıq elan edib.

Müdafiə naziri “EDEX 2023” beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyənin TUSAŞ, “Roketsan”, ASELSAN, SARSILMAZ, CANİK, “Baykar” şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov şirkət rəhbərləri ilə görüşüb.

Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.

CATEGORIES
TAGS