Zakir Həsənov İordaniya HHQ-nin komandanı ilə görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniyaya rəsmi səfəri çərçivəsində Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzində olub.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mərkəzdə Baş direktor polkovnik Nael Alşqirat ilə görüş keçirilib, bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
General-polkovnik Z.Həsənov Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzi ilə tanış olub. Müdafiə nazirinə mərkəzin əsas fəaliyyət istiqaməti və burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.
Müdafiə naziri daha sonra Kral Hərbi Hava Qüvvələri Komandanlığına gəlib.
General-polkovnik Zakir Həsənov burada İordaniyanın Kral Hərbi Hava Qüvvələri Komandanı general-mayor Məhəmməd Hyasat ilə görüşüb.
Görüşdə hərbi, hərbi təhsil və hərbi texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.