Zakir Həsənov komando hərbi hissələrinin fəaliyyətini müsbət qiymətləndirib

Zakir Həsənov komando hərbi hissələrinin fəaliyyətini müsbət qiymətləndirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinin fəaliyyətini, eləcə də onların komplektləşməsinin uğurla icra olunduğunu müsbət qiymətləndirib.

“Poliqon” xəbər verir ki, Müdafiə Nazirliyində keçirilən xidməti müşavirə zamanı Zakir Həsənov komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verib.

Müdafiə naziri azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi, həmçinin xidməti-döyüş və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərlə bağlı da göstərişlər verib.

Poliqon.az

CATEGORIES
TAGS