
Zakir Həsənov: “Silahlanmaya yeni qəbul edilən silah və texnikanın imkanları öyrənilsin”
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov silahlanmaya yeni qəbul edilən silah və texnikanın imkanlarının öyrənilməsinə dair göstəriş verib.
“Poliqon”un məlumatına görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə həmçinin bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də Vətən müharibəsində qazanılan təcrübə ilə yanaşı, müasir döyüş aparma üsulları nəzərə alınmaqla təlimlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı aparılması ilə əlaqədar müvafiq göstərişlər verib.
CATEGORIES Xəbərlər